Elxan Abdullayev “Neftçi” futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.
BAKU.WS-in məlumatına görə. bu barədə klubun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunur ki, Elxan Abdullayev bu gün baş məşqçi vəzifəsindən istefa verib.
İstefa ərizəsi ilə “Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.
“Neftçi” PFK Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edir, ona gələcək işlərində uğurlar arzulayır.