Avqustun 21-də tam Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə , yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.
Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
Qeyd edək ki, bu il ilk Ay tutulması hadisəi fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.