Kral 400 terrorçunu əfv etdi

Mərakeş kralı VI Məhəmməd terrorçuluq ittihamı ilə məhkum edilmiş 400-dən çox şəxsi əfv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.

“Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər”, – deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib.