Avropanın ən “seksual çimərliklər”inin reytinqi hazırlanıb.
Publika.az xəbər verir ki, “Argophilia Travel News” portalının hazırladığı siyahıda 4 çimərlik var.
Onlardan biri Adriatik dənizinin içərisinə girən Qarqano yarımadasının (İtaliya) çimərlikləridir. İtaliyanın şərqində yerləşən regionda yüzlərlə istirahət zonasını tapmaq olar.
Siyahıya İtaliyanın daha bir istirahət zonası düşüb. Bu, Aralıq dənizində – Siciliyanın 205 kilometrliyində yerləşən Lampeduza vulkanik adasındaki çimərlikdir. Bundan başqa, siyahıya Türkiyənin Bodrum şəhərinin ətrafında – Egey dənizin sahilində yerləşən Barbaros çimərliyi daxil edilib.
Yaltanın Qara dəniz sahilində yerləşən Massandra çimərliyi də Avropada “ən seksuallar”ın dördlüyünə düşüb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.