ABŞ Prezidenti Donald Tramp Tvitter hesabını dondurarsa bu sosial şəbəkə 2 milyard dollar itirəcək.
Axar.az xəbər verir ki, bu sözləri “Monness Krespi Hardt & Co” şirkətinin analitiki Ceyms Çakmak deyib.
“Dünyada ABŞ prezidentindən başqa daha yaxşı pulsuz reklam edən yoxdur”, – analitik bildirib.
Qeyd edək ki, hazırda Tvitterin bazar dəyərinin təxminən 11.7 milyard dollar olduğu təxmin edilir.