Ümid edirik ki, Suriya müxalifəti terrorizmlə mübarizədə daha aktiv olacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Bəyantda bildirilib ki, Suriyada əsas hədəf terror yuvalarının təmizlənməsi olmalıdır:

“Terrorçulara qarşı aparılan mübarizədə Suriya müxalifətinin hərbi, siyasi və ideoloji anlamda daha aktiv mübarizə aparacağına ümid edirik”.

Nazirlik həmçinin İdlibdə 4-cü təhlükəsizlik bölgənin qurulmasının da vacibliyini qeyd edib.