Sumqayıt küçələri təmizlənir - Sahibsiz itləri güllələyirlər

“Sumqayıtda sahibsiz itləri güllələyirlər”.

Bunu AzNews.az-a açıqlamasında Sumqayıt şəhər sakini Anar Süleymanov deyib. Onun sözlərinə görə, hazırda şəhərin bütün küçələrində vəhşicəsində güllələnmə prosesi həyata keçirilir:

“Biz bununla bağlı dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə müraciət etmişik. Amma, məsələ həllini tapmayıb. Nəticə isə göz qabağındadır”.

Anar Süleymanov bu məsələdə Rayon İcra Hakimiyyətinin Təmizlik Departamentinin rəisi Məmməd Məmmədovu günahlandırıb:

“O, inzibati məsuliyyətə cəlb olunmalıdır”.