İspaniyanın “Real Madrid” futbol klubunun portuqalıyalı ulduzu Kriştiano Ronaldo Barselona sakinlərinə dəstək mesajı yayıb.
Musavat.com-un məlumatına görə, futbolçu tvitter sosial şəbəkəsində tvit yazaraq terroru qınayıb. Barselonada baş verən terror xəbəri ilə dəhşətə gəldiyini bildirən Ronaldo birlik nümayiş etdirmək zamanı olduğunu vurğulayıb.