İnsanları qaynar qazanda bişirib, diri-diri yandıran QANİÇƏN KRALİÇA - ŞOK FAKTLAR

Dünya tarixinin ən qəddar və qaniçən kraliçası Madaqaskar kralının arvadı olub. O, tarixdə kasıb zümrədən olan insanları vəhşicəsinə edam etdirən kraliça kimi qalıb.

Publika.az tarixin ən qəddar kraliçası haqda yazını təqdim edir.

1788-ci idə sadə bir ailənin qız övladı dünyaya gəlir. Lakin valideynlər qızlarının qəribə taleyindən hələ xəbərsiz idilər.

Ramavo adlı bu qız uşaq ikən krala qarşı hazırlanan gizli süi-qəsdən xəbər tutur. Təlaş içərisində kral sarayına doğru qaçaraq təcili xəbəri çatdırır. Bu hadisədən sonra kral sarayın qapılarını onun üzünə açır. Ramavo kral sarayında şahzadə kimi böyüyür. Sonra isə kralın doğma oğlu Şahzadə Radamla ailə qurur.

Toydan sonra gənc xanımın adı dəyişdirilib, Ranavaluna qoyulur. Ranavaluna Radamın 12 arvadı içərisində birincisi və ən qüdrətlisi idi. Kral bütün səlahiyyətləri ona vermişdi.

Ranavaluna anlayırdı ki, öz mənafeyini daha da gücləndirmək üçün mütləq oğul dünyaya gətirməlidir. Lakin onların ümumiyyətl,ə övladı olmurdu. 1828-ci ildə kral dünyasını dəyişir və bu Ranavalunanın vəziyyətini çətinləşdirir. Radamın ölümündən sonra taxtın varisi onun qardaşı oğlu Rakotobe olur. Bundan əlavə mərhum kralın digər arvadlarından olan övladları da gələcəyin hökmdarları hesab olunurdular. Hakimiyyəti itirməkdən qorxan Kraliça Ranavaluna sarayı gəzib, özünə müttəfiqlər axtarmağa başlayır. Sonra isə kralın qardaşı oğlunu və digər xanımından olan övladlarının hamısını edam etdirir.

İnsanları qaynar qazanda bişirib, diri-diri yandıran QANİÇƏN KRALİÇA - ŞOK FAKTLAR

1829-cu ildə I Ranavaluna rəsmi olaraq taxta keçir. Əri dünyasını dəyişəndən 9 ay sonra övlad dünyaya gətirən kraliça öz hakimiyyətini daha da gücləndirir. Madaqaskarın qanunlarına görə, kralın həyat yoldaşlarının, hətta başqa kişilərdən dünyaya gətirdikləri uşaqlar taxtın varisi sayılırdılar.

Tacqoyma mərasimində Ranavaluna Madaqaskarın mənafeyini həyatından üstün tutacağına and içir. Lakin hakimiyyətə gəldikdən sonra o, bunun tam əksini sübut edir. Ölkədə aparılan ilk islahatlardan biri xristianların kütləvi sürgünü olur. Adanı tərk etməyənlər isə diri-diri yandırılır, vəhşi heyvanlara yem edilir, qazanda qaynadılır və uçurumdan atılırdılar. Buna görə də I Ranavaluna tarixdə “Qaniçən kraliça” kimi qalıb.

İnsanları qaynar qazanda bişirib, diri-diri yandıran QANİÇƏN KRALİÇA - ŞOK FAKTLAR

Qəddar kraliça insanların sədaqətini onları zəhərlə imtahana çəkərək müəyyən edirdi. Bunun üçün onun qurbanları öncə 3 tikə toyuq əti, sonra isə zəhərli qoz yeməli idilər. Ağzındakı zəhəri tüpürərək qurtulan şəxslərin günahı bağışlanırdı.

Kraliça “zəhərli” üsulla 100 minədək insanı qətl etmişdi. I Ranavaluna yer üzündə dolaşan şeytanı xatırladırdı. Onun əyləncələri belə yüzlərlə dinc sakinin ölümü ilə nəticələnirdi. 1845-ci ildə ova çıxan kraliça özü ilə birgə 50 min nökər aparır. İsti hava və aclıq 10 000 nəfərin ölümü ilə nəticələnir.
Ranavanulanın yaşı ötdükcə anlayırdı ki, əhalinin ona nifrəti günbəgün artır. Kraliçanın yeganə varisi II Radam anasını dəfələrlə taxtdan salmağa cəhd etsə də, zəhməti puç olurdu. Qəribəsi odur ki qəddar ana buna görə şahzadəni cəzalandırmırdı.

İnsanları qaynar qazanda bişirib, diri-diri yandıran QANİÇƏN KRALİÇA - ŞOK FAKTLAR

Qaniçənin kraliçanın yeganə marağı gözəl geyimlər almaq idi. O, bütün geyimlərini fransız moda ustalarına tikdirirdi.

Alnına qəddarlıq və ölüm yazılmış Ranavanula 80 yaşında dünyadan köçür. Lakin onun ölümü də onlarla can alır.

Belə ki, məhrum kraliçanın kültökmə ayini zamanı küllə dolu böyük qab partlayıb, onlarla əsgərin ölümü ilə nəticələnir