Türkiyənin Adana şəhərində ata qızına təcavüz edən şəxsi öldürüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 14-də M.R.Y adlı şəxs 15 yaşlı qıza təcavüz edib.
B.Əmrah qızını zorlayan M.R.Y adlı şəxsin iş yerinə gələrək onu öldürəcəyini deyib. Daha sonra B.Əmrah avtomobilin içərisində odlu silahdan 4 dəfə atəş açaraq onu yaralayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, M.R.Y xəstəxanada dünyasını dəyişib.
Saxlanılan B.Əmrah qızının başına gətirilənləri heç kimin övladı yaşamasın deyə bu addımı atdığını deyib: “Azyaşlı köməksiz uşağa təcazvüz edənin cəzası ölümdür. O, sabah bir başqa uşağın da həyatını məhv edərdi. Bu, namus məsələsidir”.
Faktla bağlı istintaq başladılıb.