Загрузка...

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

Musavat.com-un dünya mediasına istinadən verdiyi son məlumata görə, baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 13-ə çatıb. Hadisə nəticəsində yaralananların isə 20-dən artıq olduğu deyilir. 

Polisin verdiyi məlumata görə, hadisəni törədən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

****

İspaniyanın turistik bölgəsi olan Barselonada kimliyi bəlli olmayan şəxs idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

Musavat.com-un verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, mikroavtobusu idarə edən və onunla birgə olduğu deyilən şəxs hadisə yerindən qaçmağa nail olub.

Başqa bir məlumata görə, hadisəni törədən və silahlı olduğu deyilən şəxslər yaxınlıqda yerləşən restoranı da atəşə tutublar. Hazırda ərazidə bütün metro və qatar stansiyalarının giriş-çıxışları qapadılıb. Bölgədə əməliyyatlar keçirilir.

Bölgə polisi hadisəni terror aktı kimi qiymətləndirib. Teraktın hansı qruplaşma tərəfindən törədildiyi isə hələlik bəlli deyil.

***

İspaniyanın Barselona şəhərində terrorçu ağ mikroavtobusu izdihamın üzərinə sürüb. Təhlükəsizlik qüvvələri səsgücləndirici ilə anons edərək vətəndaşları hadisə yerindən uzaq durmağa səsləyir. Bölgədəki bütün merto və digər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Barselona polisindən verilən açıqlamaya görə, terrorçu bir bara girib və həmin bar polislər tərəfindən mühasirəyə alınıb.

***

“Russia Today” saytının yazdığına görə isə iki silahlı şəxs Barselonanın Karrer Tallers küçəsində yerləşən türk restoranına girərək, müştəri və personalı girov götürüb. Girovların azad edilməsi üçün hazırda polisin terrorçularla danışıq apardığı bildirilir.

Kataloniya daxili işlər naziri Jaoquim Çiariello açıqlama verərək yaralıların vəziyyətinin ağır olduğunu, ölü sayının arata biləcəyini ifadə edib.

***

Terrorçu saatda 80 km sürətlə sürdüyü mikroavtobusu çox adam ölsün deyə izdihamın üzərinə ziq-zaq xətt cızaraq sürüb. Bu mənlumat İtaliya mətbuatında yer alıb. İtaliya hökuməti vətəndaşlarının turistik məqsədlə İspaniyaya tez-tez getdiyini əsas gətirərək təcili toplanğı keçirib.

***

Kataloniya rəsmiləri terror nəticəsində 13 nəfərin öldüyünü, 50 nəfərin isə yaralandığını açıqlayıb.

İspaniya mətbuatı 1 şübhəlinin tutulduğunu yazıb. Məlumata görə, terrorda şebhəli bilinən, adı açıqlanmayan bir nəfər polis maşınına mindirilərək aparılıb.

***

İspaniya rəsmilərinin son açıqlamasına görə, terror aktında 12 nəfər ölüb, 80 nəfər isə yaralanıb.

 

Məlumata görə, hadisə ilə bağlı iki terrorçu həbs olunub.

 

Terrorçulardan birinin Mərakeş əsilli Driss Oukabir olduğu qeyd edilir.

 

İspaniya rəsmiləri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Rəsmilər terror aktında 12 nəfərin öldüyünü, 80 nəfərin isə yaralandığını jurnalistlərə bildiriblər. Mətbuat konfransında hadisə ilə bağlı iki terrorçunun həbs olunduğu qeyd edilib.

 

Terrorçulardan birinin Mərakeş əsilli Driss Oukabir olduğu bildirilib. O, terror aktında istifadə etdiyi mikroavtobusu kirayələyibmiş.

***

Son məlumata görə, Kataloniya hökuməti baş verən terrorda 13 nəfərin öldüyünü, 100 nəfər isə yaralandığını açıqlayıb.

 

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

 

Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib) Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib) Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib) Barselonada dəhşətli terakt: 12 ölü, 80 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)