Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.
Hadisə rayonun Kotanarx kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.