Zəngin ərəblər Bergüzar Korel üçün görün NƏ ETDİLƏR?

Zəngin ərəblər Bergüzar Korelin kafesinə axın edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Bergüzar Korelin 2 il əvvəl İstanbulda açdığı “Just Coffee” adlı kafesində izdiham yaşanıb. Məlum olub ki, Türkiyəyə istirahətə gələn ərəb turistlərin ən böyük arzusu pərəstiş etdikləri aktrisanı görmək və onunla şəkildə çəkdirmək olub. Bunun üçün tur şirkəti ərəbləri avtobusla Bergüzarla həyat yoldaşı Halit Ergençin açdığı kafeyə gətirib.
Ərəblər kafedə oturub bir müddət Bərgüzar Korellə ərinin gəlməsini gözləyib. Bu zaman onlar çay, qəhvə içib kökə yeyiblər. Lakin kafenin işçiləri bildirib ki, Bergüzar Korellə Halit Ergenç istirahət üçün çeşməyə gedib. Ərəblər bu xəbəri eşidəndə çox kədərlənib.
Məlumat üçün bildirək ki, türkiyəli kino ulduzları ərəb ölkələrində çox məşhurdur. Kanal D-də yayımlanan “Vətənim sənsən” serialının qəhrəmanları Bərgüzar Korel və həyat yoldaşı Halit Ergençin Yaxın Şərqdə böyük pərəstişkar ordusu var.