Türkiyədə 23 yaşlı qızı sevgilisi yük maşını ilə əzdi - VİDEO

Türkiyədə yük maşınının altındaəzilən 23 yaşlı qızın vəziyyəti ağır olaraq qalır.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində tələbə olan Ece Çelik 17 gündür ki komadadır.

Onun bu hala düşməsinə səbəb olan sevgilisi isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Belə ki, onlar yük maşını ilə gəzintiyə çıxan zaman ikili arasında mübahisə yaranıb. Oğlan əsəbləşərək maşından düşmək istəyən qızı əzib.

Qeyd edək ki, Ece hadisə baş verməzdən iki gün əvvəl yemək verilişinə qatılaraq birinci yer tutmuşdu.