Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

Elimizin adətinə görə, gəlinin belinə qırmızı lent bağlayırlar. Bu lentin mənası isə ailə quran qızın bakirətini elan edir. Artıq qızın namusu ata evindən çıxıb, ailə qurduğu şəxsin ixtiyarına keçir. Bəzi hallarda isə zifaf gecəsindən pak çıxmayan gəlin işgəncələrə məruz qalır. Bu hadisə ən yaxşı halda ailənin dağılmasına və qadının el içində rüsvayçılığına səbəb olur. Bəzən isə bakirə çıxmayan təzə gəlin öz həyat yoldaşı tərəfindən qətl edilir.

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

Bəs qızlıq pərdəsi adlandırdığımız qadın orqanizminin bu önəmli ünsürü haqda nə bilirik? Ümumiyyətlə, qadınlarımız və qızlarımız öz orqanizmləri barədə nə dərəcədə məlumatlıdırlar?

Publika.az bu suallara cavab axtarmağa çalışacaq.

Qızlıq pərdəsi latın dilində “himen” adlanır. Bu ad qədim Yunan mifologiyasında nikah tanrısının adı ilə əlaqələndirilir. Himen əlində tutduğu məşəl ilə ailə quran cütlüklərə xeyir-dua verib, yollarına işıq saçarmış.

Qədim Yunanıstanda evlənən sevgililər Himenin şərəfinə zifaf gecəsi cinsi münasibətdə olurdular.

Qadın orqanizmində böyük funksiyanı daşıyan qızlıq pərdəsi döl ana bətnində ikən formalaşmağa başlayır. Hamiləliyin 7-12-ci həftələri arasında cinsiyyət orqanı formalaşır. Bu həftələr ərzində də himen, yəni qızlıq pərdəsi əmələ gəlir.

Bəzi alimlər hesab edirlər ki, bu pərdə heç bir funksiyanı yerinə yetirmir. Digərləri isə ilk cinsi əlaqəyədək orqanizmi infeksiyalardan, daxilə keçə biləcək viruslardan qoruduğunu iddia edirlər.

Qızlıq pərdəsinə bir sıra heyvanların dişilərində də rast gəlinir. Bu məməlilərdə at, lama, siçan, dağsıçanı, köstəbək və s. aiddir. Lakin bu canlılarda pərdə ilk cinsi əlaqədən qat-qat əvvəl yırtılır.

Tarix boyu qızlıq pərdəsini yenidən bərpa etdirib, təmiz adla ailə qurmağa cəhd edən hiyləgər qadınlara daha çox Şərq cəmiyyətlərində rast gəlinib. Günü bu günədək davam edən bu “əxlaqsızlığa” tibb işçilərinin də cəlb edilməsi acınacaqlıdır. Tarixi mənbələrə görə, bir sıra ərəb ölkələri və Osmanlı imperiyası dövründə qadınlar bakirəliklərini bərpa etmək üçün ən sərt üsullara da yol atırmışlar.

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

Ginekoloqlar hesab edirlər ki, qızlıq pərdəsinin bir neçə növü var. Bu pərdə hər qadının orqanizmində fərqlidir. Bəzi qadınlarda isə himen, ümumiyyətlə, olmur. Statistikaya görə 1000 qadından 1-də qızlıq pərdəsi yoxdur. 2000 qadından birində isə bu nayihə ümümiyyətlə qapalıdır.

Bəzən qızlıq pərdəsi cinsi əlaqə zamanı yırtılmaya bilər. Bu zaman isə qanama müşahidə olunmur. Araşdırmalar göstərib ki, bu durum 10 qızdan birində rastlanır.

Bakirəti hər şeydən üstün tutan, elmsiz cəmiyyətlərdə bəzən günahsız qızlarımız bu cür halların qurbanına çevrilir, insanların tənəsinə tuş gəlirlər. Lakin unutmaq lazım deyil ki, hərşeyin elmi səbəbi və cavabı var. Bundan əlavə qadının namusu qızlıq pərdəsi ilə deyil, əqidəsi, düşüncələri və daxili tərbiyəsi ilə ölçülməlidir.

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR