Qırmızı şərab və pendir Kim Çen İni dəliyə çevirib — ŞOK İDDİA

ABŞ və Şimali Koreya arasındakı gərginlik Quam adasını vurma planının təxirə salınması ilə bir az azalıb.

“Ölkə.Az” xəbər verir ki, ingilis mətbuatı Şimali Koreya lideri haqqında şok açıqlama verib.

İngiltərənin “The Sun” qəzeti Kim Çen İnin qut xəstəliyinə yoluxduğunu və bunun öhdəsindən gəlmək üçün steroid müalicəsinə başladığını, müalicənin isə onu dəli etdiyini iddia edib. Həkimlərin fikirlərinə əsasən gənc diktator pendiri həddindən artıq çox xoşlayır və bu səbəbdən xəstəliyə yoluxub.

Kim Çen İnin son dövrlər emmental pendiri və fransız qırmızı şərabından tez-tez istifadə etdiyini bildirən xəbərdə Şimali Koreya liderinin İsveçrədəki tələbəlik illərində pendirə aşiq olduğunu və indi də idxal etdiyi qeyd edilir. Pendir və qırmızı şərab isə qut xəstəliyinin ən vacib səbəblərindən biridir.

Xəstəliyin müalicəsi üçün istifadə edilən steroid üsulu isə Kim Çen İni dəliyə çevirib.