Fransanın paytaxtı Parisdə bir avtomobil pizza restoranına girib.
Musavat.com-un məlumatına görə, nəticədə 13 yaşlı bir qız ölüb, 12 nəfər isə yaralanıb. Hadisə şəhərin şərqindəki Seine-et-Marne səmtində baş verib. Hadisəni törədən sürücü saxlanılıb.
Hadisə şahidləri sürücünün sürətlə və qəsdən kafeyə girdiyini bildiriblər. İddiaya görə, sürücü əvvəlcə avtomobili kafenin yaxınlığında saxlayıb. Daha sonra o, avtomobilə qaz verərək kafeyə girib və bara dəyərək dayanıb. Sürücü maşınla geri gedərək kafedən çıxmaq istəsə də, vətəndaşlar avtomobilin arxasına keçərək ona mane olublar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlib. Yaralılardan beşinin vəziyyəti ağırdır.
Hadisənin terror olub-olmadığı araşdırılır.