Məşhur qadın bodibilder Meeqan Hefford protein pəhrizi səbəbindən həyatını itirib.
Milli.Az Milliyet-ə istinadə xəbər verir ki, Avstraliyada yaşayan 25 yaşlı Meeqan Hefford evində ölmüş halda tapılıb.
Təcili olaraq xəstəxanaya çatdırılan Heffordun həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Heffordun 8 min adamdan bir müşahidə edilən hadisə nəticəsində – qəbul etdiyi zülalı əridə bilmədiyi üçün qanında ammonyak və beynində maye yığılmasına yol açan bir genetik pozğunluqdan – dünyasını dəyişdiyi ehtimal edilir.