Ayın Tuço kraterinin cənub-şərq hissəsində müəyyən edilən şübhəli obyekt yenidən UNO-larla bağlı müzakirəni gündəmə gətirib.

Axar.az xəbər verir ki, NASA tərəfindən yayılan videoda görünən obyektin nəhəng kölgə nəticəsində əmələ gəldiyi bildirilsə də, vətəndaşlar bunun əksini iddia edib.

Əksəriyyət bunun uçan UNO evi olduğunu bildirib.

Elm adamları aşkar edilən obyektin olduqca böyük olduğunu vurğulayıb.