Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi - FOTOLAR

Üç gündür ki, Ermənistanı bürüyən yanğınlar davam edir. Vayot Dzor vilayətində üç gün davam edən şiddətli yanğınlar Xosrov Dövlət və Təbiət Qoruğunu da cənginə alıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün saat 07.30-da yanğının söndürülməsi işinə 77 xilasedici, Araratdakı hərbi hissənin 50 hərbçisi, 60 polis, 50 nəfər meşə işçisi, həmçinin Urtsadzor kəndinin sakinləri cəlb olunub.
Bundan əlavə, Müdafiə Nazirliyinin vertolyotları yanğını söndürmək üçün 6 uçuş həyata keçirib.
Erməni mütəxəssislər günlərdir ki, davam edən yanğınlar nəticəsində qoruqdakı və meşələrəki nadir canlıların məhv oldğunu deyir.
Həmçinin yanğından canını qurtarmaq üçün yaşayış məntəqələrinə üz tutan vəhşi heyvanların hücumundan qorunmaq üçün əhaliyə xəbərdarlıq edilib.

 

Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi - FOTOLAR

Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi - FOTOLAR

Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi - FOTOLAR