Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

Ruhi dispanserlər hər zaman insanlarda maraq oyadan, eyni zamanda qorxu hissi yaradan yerlərdən biri olub. Tarixdə sirri hələ də açılmayan qeyri-adi hadisələrin baş verdiyi ruhi dispanserlər olub. Bu yazımızda onlar haqqında sizə məlumat verəcəyik.

“Villard” Psixoloji Mərkəz

Villard Psixoloji Mərkəz 1869-cu ildə istifadəyə verilib. Mərkəz 116 il davam edən fəaliyyəti müddətində 54 mindən çox xəstəyə ev sahibliyi edib. Bu xəstəxananı digər ruhi dispanserlərdən fərqləndirən cəhət onun bir əsrdən çox fəaliyyət göstərməsinə baxmayaraq, bir xəstənin belə oradan sağalıb çıxmamasıdır.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Lier” ruhi dispanserlər

Norveçdə yerləşən bu xəstəxana 1986-cı ildə bağlanılıb. Qaranlıq bir tarixə malik xəstəxana bu gün ancaq macəraçı gənclər tərəfindən ziyarət edilən bir yerdir.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Trenton” psixoloji xəstəxana

Amerikada yerləşən bu xəstəxana həkimlərin insanlar üzərində qeyri-adi müalicə üsullarını tədbiq etdiyi bir mərkəz olub. Burada olan xəstələrin orqanlarının çıxarılıb satılması faktları var.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Danvers State” xəstəxanası

Amerikanın Massaçusets ştatında yerləşən bu xəstəxana “elektroşok” müalicə üsulunun tədbiq edildiyi yer olaraq tanınır. Burada müalicə alan ruhi xəstələrin həkimlər tərəfindən tez-tez döyülməsi faktı da var. Xəstəxananın içərisində hələ də titrək işıq və ayaq səslərinin qaldığını deyirlər.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Beechworth” ruhi dispanseri

Avstraliyada yerləşən bu mərkəz sadaladığımız ruhi dispanserlər içərisində bəlkə də ən qəribəsidir. Rəvayətə görə, burada olan xəstələr ruh kimi divarların içindən keçə bilirlərmiş.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Waverly Hills” sanatoriyası

ABŞ-ın Kentukki ştatında yerləşən “Vaverli Hills” adlı sanatoriya Amerikanın ən qorxunc xəstəxanalarından biridir. Bu xəstəxanaya aid bilinən ən qorxunc hekayə, xəstəxanadakı həkimlərdən birinin özünü öldürmədən öncə abort etməyə çalışması olub.

Binanın ən məşhur otağı isə 502 nömrəli otaq, ən qorxulu hissəsi isə ölən xəstələrin cənazə arabalarında aparıldığı “Ölüm tuneli” adlanan 150 metrlik tuneldir. 2006-cı ildə lentə alınan “Spooked – The Ghosts of Waverly Hills Sanatorium” filmi bu sanatoriyada yaşanan hadisələr əsasından ssenariləşdirilib. XX əsrin ən qorxunc hadisələrinin yaşandığı bu tarixi məkana turistlər aparılmır. Deyilənə görə, gündüz vaxtı həmin yerdə gəzmək belə cəsarət tələb edir.

Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm...

“Byberry” ruhi dispanseri

Xəstəxana 1907-ci ildə istifadəyə verilib. 1960-cı illərdə burada müəlicə alan xəstələrin sayı 7 mindən çox olub. Xəstələrə ağır işgəncələr edilməsinə baxmayaraq, xəstəxana 1990-cı illərə qədər fəaliyyət göstərib. 2006-cı ildə binanın sökülməsinə baxmayaraq, həmin ərazi orada baş verən hadisələr səbəbilə bu gün də qorxulu yer olaraq yaddaşlarda qalır. (atv.az)