Tədqiqatçılar Argentinada dünyada yaşamış ən böyük dinozavrın qalıqlarının aşkarlandığını bəyan ediblər.
Publika.az “Proceedings of the Royal Society B” dərgisinə istinadla xəbər verir ki, dinozavrın uzunluğu 35 metr, çəkisi isə 76 tondur. Ölkənin cənubunda 2012-ci ildə qalıqları tapılan dinozavra “Patagotitan mayorum” adı verilib.
Qalıqları təhlil edən tədqiqatçı qrupu onun “Brontozarus” və “Diplodokus”ların qohumu olduğunu ehtimal edir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.