ABŞ-da iğtişaşlar nəticəsində azı 30 nəfər xəsarət alıb, 1 nəfər ölüb - FOTOLAR

ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində yüzlərlə millətçinin keçirdiyi mitinqdə baş verən toqquşmalardan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.
Publika.az Anadolu agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyaları Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun komandanı olan general Robert E.Linin şəhərdəki heykəlinin götürülməsindən sonra irqçi qruplar tərəfindən başlanılıb. İrqçi qruplarla onlara qaşı çıxanlar arasında qarşıdurma yaranıb, xəsarət alanlar var.
Qatı millətçilər cümə gecəsi Virciniya Universitetində təşkil etdikləri mitinq zamanı “Yəhudilər yerimizə keçməyəcək”, “Qan və torpaq”, “Vahid xalq, vahid millət, miqrasiyaya son” şüarları səsləndirmişdilər.
Baş verən hadisələrdən sonra Prezident Donald Tramp tvitter səhifəsində birlik mesajı yayımlayıb: “Biz birlik nümayiş etdirməli, nifrəti qınamalıyıq. Amerikada zorakılığa yer yoxdur! Gəlin bir olaq!”.