23 illik sevgi bitdi

Türkiyəli müğənni Candan Ərçətinlə rejissor Hakan Qaraxan sevgi münasibətlərinə son qoyublar.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 54 yaşlı C.Ərçətinlə 57 yaşlı H.Qaraxan 23 il idi birlikdə idilər. Gözdən-könüldən uzaq yaşamağı seçən cütlük iki ay öncə səssiz-səmirsiz ayrılıblar.

H.Qaraxan C.Ərçətindən ayrılan kimi Əlif Kıramerlə sevgi münasibəti qurub. Cütlük ötən həftə İstanbulun məşhur restoranlarından birində yemək yeyib. E.Kıramer bildirib ki, Hakan onun sadəcə dostudur:

“Görüşürük. Bundan sonra da görüşməyə davam edəcəyik. Bu dəqiqə ikimiz haqda başqa nəsə danışmaq istəmirəm”.