2b645afb2270ac8d8ea2b98178e3ae77

Əfqanıstanın qərbində “Taliban” hərəkatının 2 üzvünün üzərindəki partlayıcı maddənin işə düşməsi nəticəsində qruplaşmanın 30 silahlısı həlak olub.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Fərəh vilayətinin rayonlarından birində baş verib. Vilayətin qubernatorunun nümayəndəsi Nasir Mehri bildirib ki, kamikadzelərdən ikisi silahlı qruplaşmaların rəhbərlərinin görüşü zamanı özlərini partladıb. O, əlavə edib ki, ölənlər arasında bir neçə səhra komandiri də var.

Qubernatorun nümayəndəsinin sözlərinə görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum planını müzakirə etmək üçün toplaşıblar.