Çin hökuməti ölkədə nəsli kəsilməkdə olan ikihürgüclü dəvələrin qorunması məqsədilə Sintzyan-Uyğur muxtar rayonunda 145 qızıl və dəmir filiz mədənlərini bağlamaq qərarına gəlib.
Trend-in məlumatına görə, artıq 130 mədən fəaliyyətini dayandırıb.
Daha 15 mədən isə lisenziya müddəti başa çatdıqdan sonra fəaliyyətini dayandıracaq.
Çin hökuməti 2020-ci ilədək Lobnor təbii qoruğunda bütün hasilat işlərini dayandırmağı nəzərdə tutur.