Avtoritet bərbərxanada belə güllələndi - Video

İsraildə kriminal qruplaşma arasındakı hesablaşmanın şok kadrları yayılıb.

Missiya.az xəbər verir ki, dəhşətli qətl paytaxt Tel-Əvivdə baş verib.

Anidən bərbərxanaya daxil olan naməlum şəxs divanda əyləşən şəxsin başına ard-arda bir neçə dəfə atəş açıb. Daha sonra ərazidən uzaqlaşıb.

Polisin araşdırması nəticəsində güllənən şəxsin kriminal aləmdə nüfuz sahibi olduğu müəyyənləşib. Elə həmin şəxsə atəş açan da kriminal aləmin üzvü olub. Başına bir neçə güllə vurulan avtoritet yerindəcə ölüb.