Türkiyənin Adana əyalətindəki İncirlik hərbi hava bazasında ABŞ-a məxsus təyyarəni pilotsuz uçuş aparatı vasitəsilə düşürməyi planlaşdırmaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının silahlısı tutulub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Tutulan şəxs Renad Bakiev Rusiya vətəndaşıdır.
Məlumata görə, o, Türkiyədəki ələvi dərnəklərinə də hücum etməyi planlaşdırıb.