İtaliyanın məhkəmə orqanları sosial şəbəkələrədə “rəqs edən milyonçu” kimi populyarlıq qazanan Canluka Vakkinin əmlakına həbs qoyub.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, bu qərara Vakkiyə məxsus olan villa, yaxta və müxtəlif səhmlər daxildir.
C.Vakki “Banco BPM” bankından kredit götürdüyü 10,5 milyon avronu geri ödəmədiyi üçün dövlətin məhkəmə orqanları tərəfindən bu cür addım atılıb.