Qətər aralarında Azərbaycanın olduğu 80 ölkənin vətəndaşları üçün sərbəst viza rejimi tətbiq edib.
Publika.az bildirir ki, Qətər Turizm İdarəsi və Daxili İşlər Nazirliyinin Dohada təşkil etdiyi mətbuat konfransı zamanı bildirilib ki, bu qərar ölkənin turizm sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq.
Rəsmilər siyahının daha da genişlənə biləcəyini istisna etməyib. Qaydalara görə, 33 ölkənin vətəndaşı Qətərdə ümumilikdə 180 gün müddətində vizasız qala bilər.
Azərbaycan və digər 46 ölkənin vətəndaşları üçün isə bu müddət 30 gündür. Həmin ölkə vətəndaşları Qətərə girişləri zamanı hər hansı məbləğ ödəməyəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.