Rəqqasə, aktrisa Oksana Rəsulova və keçmiş həyat yoldaşı, reper Elşad Xosenin baş rollarını ifa etdiyi “Mələyin öpüşü” filminin treyleri təqdim olunub.
Oxu.Az xəbər verir ki, filmin quruluşçu rejissoru Əsgər Əli Hacızadə, ssenari müəlifləri Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, Süleyman Süleymanoğlu, prodüseri Oksana Rəsulova, kastinq direktoru Türkan Sadıqzadədir.
Baş rollarda Xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova, reper Elşad Xose (Əliyev), aktrisa Münəvvər Əliyeva çəkilib.
Film 15 sentyabrdan etibarən kinoteatrlarda nümayiş olunacaq.