Facebook sosial şəbəkəsi çöküb.
Musavat.com-un məlumatına görə, gecə saat 01:50-dən etibarən sosial şəbəkədə problemlər yaranıb və bir neçə dəqiqə sonra şəbəkə tamamiylə çöküb.
Facebook-da yaranan bu problemin səbəbi hələ ki bilinmir.
Əldə etdiyimiz məlumata görə, Almaniya, Fransa və Rusiyada da eyni nasazlıq müşahidə olunur.