“Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi AÇIQLANDI

Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1 – 10 manat, VİP sektoruna isə 50 manatdı.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.