Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”-“Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.
Publika.az xəbər verir ki, klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.
Biletlərin qiyməti nömrəli sektorlara 1 – 10 manat, VİP sektoruna isə 50 manatdır.
Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.