Arda Turandan ŞOK qərar

“Barselona”nın futbolçusu Arda Turan Türkiyə millisinə qayıtmağa qərar verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə İspaniyada görüşdükdən sonra bu qərara gəlib. Rumıniyalı mütəxəssis 30 yaşlı yarımmüdafiəçini milliyə qayıtmağa razı sala bilib.

Qeyd edək ki, A.Turan iyunun 6-da təşkil etdiyi mətbuat konfransında yığma karyerasını başa vurduğunu açıqlamışdı. O, idman yazarı Bilal Meşeyə hücum etməsindən sonra yaranan qalmaqal səbəbi ilə bu cür qərar qəbul edib.

Загрузка...