“Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək Çempionlar Liqasının “pley-off” matçlarının başlama saatları açıqlanıb.

Medianews.az “Report”a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytında verilən məlumata görə, avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma ənənəvi saatda start götürməyəcək.

Qarşılaşmanın start fiti saat 21:00-da yox, 20:00-da çalınacaq. Bu, həm də günün ilk oyunu olacaq.

Cavab matçı isə avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki “Parken” stadionunda keçiriləcək.