Dubayın məşhur və ən hündür binalarından olan Torç göydələnində yanğın baş verib.
Musavat.com-un məlumatına görə, alov bütün binanı ağuşuna alıb. Şəhər rəsmiləri insanların qısa müddətdə təxliyə edildiyini bildirib. Şəhərin yanğından mühafizə idarəsindən verilən açıqlamada isə yanğının lokallaşdırıldığı qeyd edilib.
Yanğının səbəbi hələ ki bilinmir.