Türkiyədə qəribə oğurluq hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, Anadolu yaxınlığında fəaliyyət göstərən balıq restoranlarından birində maraqlı hadisə yaşanıb. Axşam yeməyi üçün restorana gələn müştərinin oğurluq anı təhlükəsizlik kameralarına düşüb.
Hesabı ödədikdən sonra restorandan çıxan müştəri vitrində qoyulan balıqlardan birini şalvarının içərisinə salaraq hadisə yerindən uzaqlaşıb. Ətrafdakı insanlar hadisəni rəhbərliyə bildirsələr də, oğrunu tutmaq mümkün olmayıb.
Restoran sahibi polisə şikayət etməyəcəyini bildirib: “Kameralarda hər şey açıq-aydın görünür. O balığı necə yeyəcək görəsən? İnsanlığından utansın”
Həmin görüntüləri təqdim edirik:
Önce Yemek Yedi, Sonra 1 Kiloluk Levreği… by haberler