Qalamqallı aktrisa Pərvin Abıyeva sosial şəbəkədə izləyiciləri ilə mübahisə edib.
BAKU.WS-in məlumatına görə, aktrisa İnstaqramda canlı yayıma çıxıb. Aktrisa izləyiciləri tərəfindən gələn şərhlərə əsəbləşib.
O, izləyicilərini ağır söyüşlə təhqir edib. İzləyicilərindən biri aktrisadan qardaşı deyilən rejissor Kənan MM-in harda olduğunu soruşub. Pərvin isə cavabında izləyicisini təhrir edib:
“Kənan sənin ananın, bacının yanındadı. Kənanın daşı ağır olub. Mənim qardaşımın daşı ağır olub. Mənə təhqir edənlər hamınız zənciri qırılmış itə oxşayırsız” deyib.