Bakıda ötən həftə keçirilən ənənəvi “Jara” musiqi festivalında Ukrayna əsilli rusiyalı müğənni Lolita Milyavskaya özünün qeyri-adi geyimi ilə qalmaqala səbəb olub.
Virtualaz.org xəbər verir ki, Lolita Bakıda səhnəyə bədəninin bütün əzalarını açıq-aydın göstərən şəffaf kombinezonla çıxıb. Bu geyimdə dolubədən müğənni sanki bədənini başdan ayağa döymə ilə bürümüşdü.
Lolitanın bu geyimi sosial şəbəkələrdə və maqazin mediasında tənqidlərə, istehzalara səbəb olub. Müğənninin müsəlman ölkəsində kişilərin qarşısına bu cür lüt-üryan çıxmasını onun “həddən artıq istilənməsi” ilə izah ediblər. Bir çoxları isə onu həmin geyimdə “Moana” multfilmindəki Maui obrazına, Apokalipsisdən sonra Yer üzünə enmiş ilk canlıya bənzədiblər. Sosial şəbəkələrdə Lolitanı Maui obrazında göstərən çoxlu memlər hazırlanıb.
İnternet istifadəçiləri onu da araşdırıblar ki, Lolitanın Bakıda geydiyi bu geyimi AliExpress-dən əldə etmək olarmış. İnternet-mağazada bu geyim cəmi 850 rubla ( təxminən 14 dollar) təklif olunur və onu Rusiyadan sifariş verənlərə 12-15 gün ərzində çatdırıla bilər.
Virtualaz.org