Aralıq dənizində can bazarı: 500 qaçqını daşıyan 4 rezin qayıq batdı - FOTOLAR

Aralıq dənizinin Türkiyəyə aid hissəsində Liviya qaçqınlarını daşıyan 4 rezin qayıq sahildən 24 km uzaqda qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində batan 500 qaçqın bir yük gəmisi tərəfindən xilas edilib, 8 nəfər isə boğularaq ölüb.
Qaçqınların Liviya vətəndaşları olduqları və Avropaya getmək üçün Aralıq dənizindən istifadə etdikləri təsdiq edilib. Onlar arasında azyaşlı uşaqlar çoxluq təşkil edir.
Xilas edilən qaçqınlar bu gün İtaliyaya göndəriləcək.
İtaliya hökuməti ölkənin sahillərini işğal edən qaçqınlar üçün çarə axtarır. Bu gün parlamentdə səsverməyə çıxarılacaq qanuna görə, Liviyanın sahil təhlükəsizliyi idarəsi ilə birgə əməliyyatlar həyata keçiriləcək.

Загрузка...