Bakıda Fikrət Qocanın oğlunu öldürməkdə təqdirləndirilən Elnur Nəhmədov Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu ilin martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.
Məlum olub ki, Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında mübahisə baş verib.
Mübahisə zamanı onlar Yalçın Qocayevi döyərək, onu öldürüblər.
Proses avqustun 2-də davam edəcək. Əli Qocayev zərərçəkmişin hüquqi varisi kimi tanınıb,
Elnur Nəhmədov Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqablıq niyyəti ilə adam öldürmə) maddəsi ilə, Pərviz Hüseynov və Ruslan Məmmədov isə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddədi ilə təqsirli bilinirlər.
Məlumat üçün bildirək ki, Yalçın Qocayev Xalq şairi Fikrət Qocanın oğludur.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.