Türkiyə Futbol Federasiyası vəzifəmə son verdi, mən öz istəyim ilə getmədim.
Axar.az xəbər verir ki, bu sözləri Fatih Terim öz rəsmi Tvitter hesabında yazıb.
Qeyd edək ki, Türkiyənin futbol üzrə milli komandasının keçmiş baş məşqçisi Fatih Terim ötən gün mətbuata açıqlamasında istefa etdiyini bildirmişdi.