Londondakı plastik cərrahiyyə mərkəzi gəlib amerikalı aktyor Corc Kluni dünyanın ən cazibədar kişisi hesab edir.
Bu nəticəyə əsasən, 56 yaşlı aktyorun üz cizgiləri 91.86 faiz formulanın proporsiyalarına uyğun gəlir. Mərkəzdən bildiriblər ki, ümumiyyətlə, Corc Kluni illərdir dünyanın ən yaraşıqlı kişilərindən biri sayılıb. Amma bu metodikaya görə, indi də aktyor ideal cizgilərin sahibi hesab edilir.
Qızıl proporsiya anlayışı hələ 2300 il əvvəldən məlumdur.
Qeyd olunur ki, insanın üz cizgiləri bu qızıl proporsiyaya nə qədər uyğundursa, bir o qədər cazibədar sayılır.
Musavat.com