AZXEBER.COM–un müsahibləri Türkiyədə evlənmə verilişinə qatılan Nurlana və sevgili olduqları deyilən psixoloq Həsən Həsrətlidir.
– Nurlana, qatıldığınız evlilik verilişində etdikləriniz birmənalı qarışılanmadı. Hətta bunların şou xatirinə olduğu da iddia olunur…
– Yox, mən elə deməzdim. Verilişdə nə baş verirdisə, hamısı reallıq idi. Şou yaradırlar demələri şaiyədir. Mən öz adımdan deyə bilərəm ki, şou xatirinə qatılmamışdım o verilişə.
 – Verilişdən ayrılan bəzi iştirakçılar orada pul qarşılığında iştirak etdiyini açıqlayıblar. Bəs sizə necə bu cür təklif olub?
– Xeyr. Mənə elə təklif olmayıb. Çünki mən ora Əlinin çağırışı ilə getmişəm. Əgər özbaşına getsəydim, bu haqda suala cavab verərdim.verilişinə qatılan Nurlana:  Əlidən söz düşmüşkən. Verilişə onun dəvəti ilə getdiniz və sonda sizdə heç nə alınmadı. Hətta sizin bu münasibət çoxlarını qıcıqlandırdı…
– Əli ilə bağlı bir keçmişim var idi. Ona görə verilişə getdim. İki il əvvəl sevgili olub ayrılmışdıq. Amma alınmadı. Heç kəs olduğu kimi qalmır, dəyişir. Mənim xəyallarımla Əlinin xəyalları başqa idi. O səbəbdən də bizdə alınmadı, nə etmək olar?
– Verilişə qatıldığınız üçün qınaqlar oldu. Çoxları buna görə sizi sosial şəbəkədə təhqir də edirdi… 
– Çox qınaqlar oldu. Telefonlarım susmurdu. Arxamda durub dəstək olanlar da oldu. Gedib bizi biabır etdin deyənlər də oldu. Amma orada biabırçılıq yox idi. Məni tanımayanlar sosial şəbəkədə tənqid etdi. Əvvəldən ailəm və dostlarım arxamda idi.verilişinə qatılan Nurlana:
-Yeni sezonda da bu verilişə qatılacaqsız?
-Hələ bu haqda düşünmürəm. Çox güman ki, qatılmayacam.
– Səbəbini açıqlaya bilərsiz?
-Mənim kənarda bir sevgi münasibətim var. Gizli sevgi yaşayıram. Sevgilim türk vətəndaşıdır. Mən harada xoşbəxt oluramsa ora mənə xoşdur.
– Sizinlə yanaşı eyni verilişdə Naz adlı bir azəri xanımda var idi. O xanımla münasibətiniz necədir?
 – Mənim o xanımla heç bir münasibətim yoxdur.verilişinə qatılan Nurlana:
 -Tanınmış psixoloq Həsənlə sevgili olduğunuz deyilirdi. Hətta videolarınız xarici mətbuata qədər gedib çıxdı.
– O xəbərlər həqiqətən məni çox üzdü. Biz Həsənlə uzun müddətdir ki, dostuq. Həsənlə birgə yan-yana, dodaq-dodağa şəkillərimiz var. Bunu da bəziləri işlərinə yaradıqları kimi istifadə ediblər.
– Həsən evlidir sizsə subay. Dostluğunuz necə alınır?
– Evli bəylə sevgi yaşmaram. Bir bəyin həyatında ilk olmağı istəyirəm. Həsənlə isə dostuq, sevgili deyilik(gülür)”verilişinə qatılan Nurlana:
-Bu deyilənlərə Həsənin də fikrini öyrənmək istəyərdik.
– Yox, bizdə dost münasibətdir. O mənim yaxın dostumdur. Bütün məsləhətlərimə qulaq asır. Bilir ki, mən güclü psixoloqam. Hətta bir birimizə dar gündə dəstək oluruq. Bəzi depresiyaları kənara atıb öz üzərində işləyir. Nurlana bəziləri kimi pula satılan deyil. Nurlana pul qarşılığında heç bir addım atacaq insan deyil. Oğlanla qızın dostuğu daha dürüst olur. Bizdə də dostluq var.
verilişinə qatılan Nurlana: -Elə söhbəti ora gətirək. Bəzi modellər pul qarşılığında soyunarlar kimi açıqlamalar verirlər. Bəs siz nə qədər pul təklif olunsa soyunarsız?
-Mən pul xatirinə elə şeylər etmərəm. İstər film, istər klip fərqi yoxdu onu etmərəm. Burada da mənə çimərlik geyimlərində reklam çəkilişi təklif olundu. Mən ona da yox dedim. Gələcəkdə ailəm olacaq, övladlarım olacaq istəmirəm elə şeylərə görə utanım.
– Həsən bəs sən bu haqda nə düşünürsən?
– İstəyir soyunsun, istər geyinsin özü bilər. Bir var öz istəyi ilə soyunan, bir də pul qarşılığında soyunan. Pula xatir nəsə soyunanlara qınayıram. Bir psixoloq kimi deyə bilərəm ki, pul qarşılığında elə addım atan fahişədir.verilişinə qatılan Nurlana:
– Həsənlə çox yaxın olduğunuzu deyirsiz. Onun uzaqgörənliyinə inanırsız?
– Həsənlə ilk tanış olduqda, ailəm haqqında bir iki cümlə dedi. Bu mənə kifayət etdi. Bir dəfə Həsəngildə filmə baxanda çılçırağın orta damlası tərpənirdi. Həsən də dedi hansını istəyirsən denən tərpədim. Mən də sağdakını dedim anında o öz-özünə tərpəndi. Mən də qorxub getdim o evdən.
– Bir az da ailənizdən danışardız. 
– Ailəmlə birgə Türkiyədə yaşayırıq. Ən yaxın rəfiqəm anamdır. İlk nəsə olanda anamla bölüşürəm. Fəaliyətimi də Türkiyədə davam etdirəcəm.
verilişinə qatılan Nurlana:
 – Tənqidləri qəbul edən bir insansız?
– Mənim dava dalaşla heç bir işim olmaz. Tənqidləri qəbul edirəm. Onsuz 18 yaşımdan sonra özüm üçün yaşamışam. Səhvi düzü özüm ayırmışam.
 – Bəzi xanımlar seçdikləri bəylərdə adətən mal-mülkə önəm verir. Sizdə elə şeylərə diqqət edirsiz?
– Elə şeyləri mən başa düşmürəm. Qarşı tərəfin nəyisə var o deməli onun özünündür. Şəxsi mülkdən mənə nə? Ən əsası mənə qarşı diqqətcil olmalıdır. Sevgilimin 23 yaşı var. Məndən 1 yaş böyükdür. Hələ təzə tanış olmuşuq.verilişinə qatılan Nurlana: – Bu məqamda Həsən söhbətə müdaxilə edir…
– Nurlana hər kəsə qarşı istiqanlıdır. Bəzən insanlara həddən artıq dəyər verir. Və onun qarşılığın görməyəndə pis olur. Dəyər veriyi insanlara qarşı çox sadiq xanımdır.