Fransanın Mont de Marsan şəhərinin meri Şarl Deyo sözünü tutaraq nahar yeməyində siçan əti yeyib.
Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Fransanın PSJ futbol klubu 2017-ci ilin yazında “Barselona”nı “Çempionlar Liqası”nın 1/8 final mərhələsinin ilk oyununda 4-0 hesabı ilə məğlub etdikdən sonra çoxları katalonların şanslarını minimal dəyərləndirib. Həmin vaxt fransız mer sevinc hissi ilə “PSJ”nin mərhələni keçməyəcəyi halda siçan yeməyə hazır olduğunu elan edib. Cavab matçında ispanların 6-1 hesablı qələbəyə sevinməsi Deyonu məyus edib.
“Dovşan ətinin dadına bənzəyir. Bu, Melenşonu (Fransa prezidenti postuna keçmiş namizəd) dinləməkdən daha xoşdur”, – mer deyib.