Linzalar bir qayda olaraq, gündüz istifadə üçün nəzərdə tutulur. Səhər qoyulur və yatmazdan əvvəl çıxarılır.
Axar.az Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə istinadla xəbər verir ki, son zamanlar istifadə olunan xüsusi linzalar da var. Həmin linzaları yatarkən çıxarmaq lazım gəlmir. Lakin uzunmüddətli istifadə sonradan müalicəyə ehtiyacı olanlar üçün müxtəlif çətinliklər də yaradır. Bəzi linza istifadəçiləri qaranlıq mühiti bəhanə edərək linzalardan istifadə etməkdən çəkinirlər.
Alimlərin kəşfi sayəsində ərsəyə gələn “gecə görən linzalar” artıq bütün istifadəçilərə xidmət göstərə bilər. ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları da belə bir linza hazırlayıblar. Qan təzyiqini ölçmək üçün istifadə edilən texnologiyanın linzalara tətbiq olunması ilə əldə edilən xüsusiyyətlər qaranlıqda gəzərkən gecə görmə durbini kimi istifadə ediləcək. Böyük ölçülərə sahib olan gecə görmə durbininin xüsusiyyətlərinin bir linzada tətbiqi texnologiyanın sürətli inkişafının daha bir göstəricisidir.
Həkimlər isə linzalarla yatmağı qətiyyən məsləhət görmürlər. Bağlanmış göz qapaqları linzanı əzir və bu da gözün qidalanmasını pozur.
Əgər linzalarınızın təlimatında yatarkən də onlardan istifadə etməyin mümkün olduğu yazılsa belə, bundan istifadə etmək düzgün deyil. Kontakt linzaları gündəlik dezinfeksiya etmək, təmizləmək və xüsusi məhlulda saxlamaq lazımdır. Yaddan çıxarmaq lazım deyil ki, hətta keyfiyyətli, bahalı linzalar belə uzunömürlü deyil. Bu səbəbdən onları yeniləmək olar.