Загрузка...

İlham Əliyev və Vladimir Putin görüşdü (FOTO)

Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

Medinews.az-ın Sputnik-ə istinadən verdiyi məlumta görə, Putin görüşün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini söyləyib.

“Sizinlə görüşüb həm ikitərəfli münasibətlərimiz, həm də bölgədəki vəziyyət barədə danışmaqdan məmnunam. Vəziyyət isə mürəkkəbdir və ümid edirəm ki, bugünkü görüşümüz bütün mürəkkəb problemlərin həlli yollarını axtarmağımıza yardım edəcək. Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Bizim gələcək üçün çoxlu birgə planlarımız və böyük həcmli işlərimiz var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam” — deyə Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.

Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini deyib: “Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki, ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.

İlham Əliyev və Vladimir Putin görüşdü (FOTO)

İlham Əliyev və Vladimir Putin görüşdü (FOTO)

İlham Əliyev və Vladimir Putin görüşdü (FOTO)