“Doğum günümü reanimasiyada komada keçirdim, 3 gündə bir neçə dəfə ürəyim dayandı. Ölümü gördüm”
Oxu.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aparıcı Tunay Əliyeva deyib.
“Həkimlərin sayəsində ölmədim, amma xatırladığım bir şey var: O üç gündə həkimin hər dəfə qulağıma “geri dön” deməsi. İndi palataya keçirdilər. Ümid edirəm ki, hər şey yaxşılığa doğru gedir”,- deyə o vurğulayıb.