Dünyaca məşhur futbolçu Ronaldinyo Çeçenistanın lideri Ramzan Kadırovla lezginka oynayıb.
BAKU.WS-in məlumatına görə, Ronaldinyo “Terek” futbol klubunun adının dəyişdirilərək “Əhməd” adlandırılması münasibəti ilə keçirilən tədbirə dövlət başçısı Ramzan Kadırovun dəvətlisi kimi qatılıb.
Məclisin ən yadda qalan məqamlarından biri Kadırovun Ronaldinyodan ləzginka oynamasını istəməsi olub. Həmçinin Timati, Valeriya, Nikolay Baskov, İqor Krutoy və başqaları da Kadırovun məclisində mahnılar ifa edib